Azərbaycan Premyer Liqası: “Qəbələ” – “Kəpəz” oyunu heç-heçə yekunlaşıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Günün ilk matçında “Qəbələ” klubu “Kəpəz”i qəbul edib.

Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin heyətində İsnik Alimi, rəqib komandadan isə Fərid Nəbiyev fərqləniblər.

Xallarının sayını 17-yə çatdıran "Qəbələ" turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Hesabında 5 xal olan “Kəpəz” isə səkkizincidir.

Qeyd edək ki, günün digər görüşündə "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. Tura oktyabrın 23-də "Səbail" - "Şamaxı" və "Neftçi" - "Sabah" qarşılaşmaları ilə yekun vurulacaq.

Xəbər 226 dəfə oxundu.