“Araz-Naxçıvan” və “Kayrat” arasında bu gün keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyunu ləğv edilib
“Araz-Naxçıvan” və “Kayrat” (Qazaxıstan) futzal komandaları arasında bu gün keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyunu hər iki baş məşqçinin istəyi ilə ləğv edilib.

Buna səbəb ötən gün Bakıda keçirilmiş matçda bir neçə futzalçının zədələnməsidir.

“Araz-Naxçıvan”ın heyətində Katatau və Andreu Varqas zədələnərək görüşü sonadək davam etdirə bilməyib. Ölkə çempionu buna qədər Sineseni də analoji səbəbdən itirmişdi.

Qeyd edək ki, komandalar arasında oynanılan yoldaşlıq oyununda Naxçıvan təmsilçisi 3:8 hesabı ilə məğlub olub.

Xəbər 310 dəfə oxundu.