Bakıda keçiriləcək güləş üzrə dünya kuboku yarışının biletləri satışa çıxarılıb
Noyabrın 5-də Bakı İdman Sarayında start götürəcək yunan-Roma güləşi üzrə dünya kuboku yarışının biletləri satışa çıxarılıb.

ilk dəfə paytaxtımızda keçiriləcək yarışın biletlərini onlayn qaydada “iticket.az” saytından əldə etmək mümkündür.

Biletlər 3 sessiya üzrə satılacaq. Yarışın ilk günü üçün biletlərin qiyməti 3, ikinci günü üçün isə 5 manat təşkil edir.

Xəbər 221 dəfə oxundu.