Luqano klubdan ayrıla bilər
PSJ-nin heyətinə düşməkdə çətinlik çəkən Luqano klubdan ayrıla bilər. Bu barədə uruqvaylı müdafiəçinin meneceri açıqlama verib.
“Luqano bu qış transfer pəncərəsində komandadan ayrıla bilər. Yay da bir çox klublardan təkliflər almışdıq, amma yanvar ayında ayrılmaq ehtimalı daha böyükdü”, deyə menecer bildirib.
Qeyd edək ki, PSJ-yə transfer olduğundan çətinliklə heyətə düşən Luqano Çempionlar Liqasında iştirak etmir. Tiaqo Silva, Mamadou Saxo, Aleks və Kamara kimi müdafiəçilərlə rəqabətdə çətinliklə üzləşən uruqvaylı ikinci plana düşüb.

Xəbər 813 dəfə oxundu.