Gimnastlarımız parkur üzrə ilk dəfə keçirilən dünya çempionatında güclərini sınayıblar
Yaponiyanın paytaxtı Tokioda parkur üzrə ilk dünya çempionatı keçirilib.

39 ölkədən idmançıların iştirak etdiyi yarışda Azərbaycan yığma komandası da təmsil olunub. Millimizin üzvü İsrafil Əliyev sərbəst üslub və sürət növündə, Mirəli Miriyev isə yalnız sərbəst üslubda qüvvəsini sınayıb.

2018-ci ildə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilən 82-ci Konqresində parkur rəsmi olaraq beynəlxalq qurumun fəaliyyətinə daxil edilib. Həmin vaxt konqres çərçivəsində Azərbaycan nümayəndələrinin də iştirak etdiyi təqdimat xarakterli kurslar keçirilib.

2019-cu ildə təmsilçilərimizin Fransanın Monpelye şəhərində keçirilən dünya kuboku yarışında ilk dəfə təmsil olunması ilə parkur növü AGF-in tərkibində rəsmi olaraq fəaliyyətə başlayıb.

Xəbər 198 dəfə oxundu.