Semih Kayanın elçiləri “Mançester Yunayted” matçından sonra artmağa başlayıb
“Qalatasaray”ın gənc müdafiəçisi Semih Kayanın elçiləri “Mançester Yunayted” matçından sonra artmağa başlayıb. Arda Turan və Emre Bələzoğlunun forma geyindiyi “Atletiko” Semihlə maraqlanır.
Türkiyə mətbuatının məlumatına görə, klubun İdarə Heyəti gənc müdafiəçi üçün artıq danışıqlar aparıb. “Atletiko” rəsmilərinin isə ilk öncə Arda və Semihlə danışdığı, müsbət cavab aldığı bildirilib. “Qalatasaray”ın 22 yaşlı futbolçu üçün ən azı 10 milyon avro istəyəcəyi qeyd olunub.

Xəbər 867 dəfə oxundu.