Misli Premyer Liqası: XIV turun oyun cədvəli açıqlanıb
Misli Premyer Liqasında XIV turun oyun cədvəli məlum olub.

Turun ilk oyunu noyabrın 11-də Şamaxı şəhər stadionunda “Şamaxı” “Sumqayıt” (14:30) komandaları arasında olacaq.

Noyabrın 12-də Zirə İdman Kompleksinin stadionunda “Zirə” – “Səbail” (16:00), saat 18:30-da “Bakcell Arena”da “Neftçi” – “Qəbələ” matçı keçiriləcək.

Gəncə şəhər stadionunda “Kəpəz” – “Turan Tovuz” oyunu noyabrın 13-də saat 14:30-da baş tutacaq. Gün digər qarşılaşması isə “Sabah” “Qarabağ” komandaları arasında “Bank Respublika Arena”da saat 17:00-da təşkil ediləcək.

Xəbər 238 dəfə oxundu.