Pirallahıda minifutbol turnirinə start verilib
Pirallahı rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 30 illiyinə həsr olunmuş məktəblərarası minifutbol turnirinə start verilib.

Turnirin açılış mərasimində çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən və keçdiyi şərəfli yoldan bəhs edib.

Açılış mərasimindən sonra yarışa start verilib.

Qeyd edək ki, turnirin final mərhələsi noyabrın 4-də keçiriləcək.

Xəbər 190 dəfə oxundu.