On səkkiz yaşadək futbolçularımız Gürcüstan komandası ilə yoldaşlıq oyunu keçirib
Gürcüstanın Rustavi şəhərində təlim-məşq toplanışı başa vuran 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.

Gürcüstanlı yaşıdları ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub. Komandamızın heyətində 46-cı dəqiqədə Sadiq Şəfiyev fərqlənib.

Qeyd edək ki, bu komandaların oktyabrın 18-də keçirilmiş ilk oyununda millimiz 2:0 hesablı qələbə qazanmışdı.

Xəbər 194 dəfə oxundu.