Azərbaycan Premyer Liqasında XIII turun oyun cədvəli məlum olub
Misli Premyer Liqasında XIII turun oyun cədvəli müəyyənləşib.

ilk qarşılaşma noyabrın 4-də “Turan Tovuz” “Şamaxı” komandaları arasında Tovuz şəhər stadionunda olacaq.

Noyabrın 5-də “Qəbələ” komandası “Zirə”ni öz stadionunda qəbul edəcək. Həmin gün “Kapital Bank Arena”da “Sumqayıt” – “Neftçi” matçı baş tutacaq.

Noyabrın 6-da isə “ASCO Arena”da “Səbail” - “Sabah”, Tofiq Bəhramov adına Respublika Stadionunda isə “Qarabağ” – “Kəpəz” görüşləri təşkil olunacaq.

Qeyd edək ki, “Azersun Arena”nın ot örtüyündə renovasiya işləri aparıldığı üçün “Qarabağ” növbəti bildirişə qədər ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.

Xəbər 207 dəfə oxundu.