Cüdoçumuz “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində start götürən “Böyük dəbilqə” turnirində cüdoçumuz Balabəy Ağayev (60 kq) bürünc medal qazanıb.

Tatami ustası üçüncü yer uğrunda görüşdə yığmadakı komanda yoldaşı Turan Bayramovu məğlub edib.

Qeyd edək ki, Azərbaycan “Böyük dəbilqə” turnirində 13 idmançı ilə təmsil olunur.

Yarışa oktyabrın 23-də yekun vurulacaq.

Xəbər 204 dəfə oxundu.