Dünya çempionatı: Şahmatçılarımız uğurla irəliləyirlər
İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatında təmsilçilərimiz uğurlu çıxışlarını davam etdirirlər.

Bu gün keçiriləcək 10-cu turda şahmatçımız Gövhər Beydullayeva sloveniyalı Zala Urh ilə qarşılaşacaq. Qızlar arasında yarışan digər təmsilçimiz Ləman Hacıyeva isə polşalı Livia Jarocka ilə mübarizə aparacaq. Oğlanlar arasında Abdulla Qədimbəyli macarıstanlı Adam Kozak, Məhəmməd Muradlı isə israilli Yair Parkhov ilə görüşəcəklər.

Qeyd edək ki, qızların yarışında çempionluğa çox yaxın olan G.Beydullayeva səkkiz xalla liderlik edir. L.Hacıyeva 6,5 xalla altıncı yerdədir. Liderdən (7,5 xal) yarım xal geri qalan A.Qədimbəyli ikinci, altı xalla M.Muradlı isə 19-cu pillədədir.

Qeyd edək ki, dünya çempionatı 11 turdan ibarət olacaq.

Xəbər 251 dəfə oxundu.