“Mingəçevir reqatası-2022” turnirində Vətən müharibəsi iştirakçıları və qazilər mükafatlandırılıb
Suqovuşanda avarçəkmə üzrə “Mingəçevir reqatası-2022” turnirini izləməyə gələn ikinci Vətən müharibəsi iştirakçıları və qaziləri mükafatlandırılıb.

Yarışın təşkilatçısı olan Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının hədiyyələrini gənclər və naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və federasiyanın baş katibi Fərhad Əliyev təqdim ediblər.

Turnirin birinci günündə yarışlar Suqovuşanda keçirilir. Reqatada Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Özbəkistan, Bolqarıstan, İtaliya, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Sloveniya və Ukrayna komandalarından 150-dək idmançı mübarizə aparır.

Oktyabrın 22-23-də “Mingəçevir Reqatası” yarışı “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə mübarizə aparacaqlar.

Qaliblər diplom, medal və kubokla mükafatlandırılacaqlar.

Xəbər 312 dəfə oxundu.