Fərhad Əliyev: Füzuli və Qubadlıda avarçəkmə yarışlarının keçirilməsi planlaşdırılır
Artıq ikinci dəfədir Suqovuşanda avarçəkmə yarışı təşkil olunur. Birinci yarışda 5, hazırda isə 13 ölkədən idmançılar medallar uğrunda mübarizə aparırlar.

Bu sözləri Suqovuşanda avarçəkmə üzrə “Mingəçevir reqatası-2022”nin açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev deyib.

Baş katib bildirib ki, “Mingəçevir reqatası” Avropa Kanoe Federasiyasının təqvimində yer alıb. Bu yarış 50 ildən artıqdır təşkil olunur. Reqatanın bundan sonra da təşkilini nəzərdə tuturuq. Gələcəkdə Suqovuşan ilə yanaşı, Füzuli, Qubadlı və digər işğaldan azad olunmuş ərazilərdə yarışların keçirilməsi planlaşdırılır. Bununla bağlı hazırda baxış keçirilir. Gələn ay həmin ərazilərdə yoxlanışa start verəcəyik. Beynəlxalq turnirlərin təşkilini nəzərdə tuturuqsa, əcnəbi mütəxəssislərin dəvət olunması vacibdir. Bu proseslər başa çatdıqdan sonra yekun məlumat ictimaiyyətə açıqlanacaq.

Xəbər 291 dəfə oxundu.