Avarçəkmə üzrə “Mingəçevir Reqatası”nda ilk qalib məlum olub
Suqovuşanda avarçəkmə üzrə “Mingəçevir Reqatası”nda ilk qalib müəyyənləşib.

2005-2009-cu il təvəllüdlü qızlar arasında bir nəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışda qazaxıstanlı Malika Tursun hamını qabaqlayaraq finişə birinci çatıb. Moldovalı Mixaela Paskari ikinci yeri tutub.

Azərbaycan təmsilçisi Gülnarə Həmzəyeva isə üçüncü pillədə qərarlaşıb.

Xəbər 367 dəfə oxundu.