“Böyük dəbilqə” turnirinin ilk günündə beş cüdoçumuz tatamiyə çıxacaq
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində start götürəcək “Böyük dəbilqə” turnirində beş idmançımız medallar uğrunda mübarizə aparacaq.

Yarışların ilk günündə kişilərin mübarizəsində Turan Bayramov və Balabəy Ağayev (60 kq), Tofiq Məmmədov (66 kq) tatami üzərinə çıxacaq. Qadınların yarışında isə Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) güclərini sınayacaqlar.

Xəbər 215 dəfə oxundu.