Müstəqilliyin Bərpası Gününə həsr olunmuş Şərq əlbəyaxa döyüş növləri festivalı keçiriləcək
Oktyabrın 21-23-də Bakı İdman Sarayında Müstəqilliyin Bərpası Gününə həsr olunmuş Şərq əlbəyaxa döyüş növləri festivalı keçiriləcək.

“Arpaçay” İdman Birliyinin təşkilatçılığı ilə təşkil ediləcək festivalda 14 idman növü üzrə federasiyalar, ictimai birlik və klubların üzvləri iştirak edəcəklər.

Yarışda ümumilikdə iki minə yaxın 18 yaşa qədər yeniyetmə və gəncin iştirakı planlaşdırılıb.

Xəbər 272 dəfə oxundu.