Zəngilan rayonunun işğaldan azad edilməsinə həsr olunmuş şahmat turniri keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Binəqədi Gənclər Evində ASAN könüllüləri arasında Zəngilan rayonunun işğaldan azad edilməsinə həsr olunmuş şahmat turniri keçirilib.

Turnirin nəticələrinə görə 7 saylı “ASAN xidmət” mərkəzinin könüllüləri birinci, 6 saylı “ASAN xidmət” mərkəzinin könüllüləri ikinci, 2 saylı “ASAN xidmət” mərkəzinin könüllüləri isə üçüncü yerə layiq görülüb.

Qaliblər müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Xəbər 223 dəfə oxundu.