“Paris-2024” Paralimpiya Oyunlarının açılış mərasimi Konkord meydanında keçiriləcək
“Paris-2024” Paralimpiya Oyunlarının (28 avqust-8 sentyabr 2024) açılış mərasiminin planı bəlli olub.

“Paris-2024” Olimpiya və Paralimpiya Oyunları Təşkilat Komitəsinin (COJOP) rəhbərliyi Paralimpiya Oyunlarının açılış mərasiminin Konkord meydanında keçiriləcəyini elan edib.

Bildirilib ki, açılış mərasimi Paralimpiya Oyunlarının ambisiyalarını göstərmək üçün xüsusi bir məqamdır və bu mərasim Konkord meydanında təşkil edildiyindən Yelisey Çölləri prospektinin bir hissəsini də əhatə edəcək.

Paralimpiya Oyunlarının açılış mərasimini 65 min tamaşaçı izləyə biləcək ki, onlardan 35 mininə ödənişli oturacaq yerləri quraşdırılacaq. 30 min tamaşaçı mərasimi ödənişsiz izləyə biləcək. Sena çayının sahillərində açılış mərasimini izləmək üçün böyük ekranlar yerləşdiriləcəyi bildirilir.

Xatırladaq ki, “Paris-2024” Olimpiya Oyunlarının açılış mərasimi isə Sena çayı boyunca xüsusi paradın keçirilməsi ilə baş tutacaq.

Xəbər 255 dəfə oxundu.