Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.

Bu gün keçiriləcək turun ilk oyununda “Qarabağ” komandası “Turan Tovuz”la qarşılaşacaq. Oyun “Azersun Arena”da 19:00-da başlayacaq. “Qarabağ” komandası 27 xalla liderdir, Tovuz təmsilçisi isə 12 xalla altıncı pilləni tutur. Matçın baş hakimi Vüqar Həsənli olacaq.

XI turun növbəti oyunları oktyabrın 22-23-də keçiriləcək. Belə ki, “Qəbələ” - “Kəpəz”, “Sumqayıt” – “Zirə” görüşləri oktyabrın 22-də, “Səbail” - “Şamaxı” və “Neftçi” - “Sabah” qarşılaşmaları isə oktyabrın 23-də baş tutacaq.

Xəbər 209 dəfə oxundu.