Dünya çempionatı: Şahmatçılarımız səkkizinci turu qələbə ilə başa vurublar
İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı davam edir.

Bu gün keçirilən səkkizinci turu şahmatçılarımızın dördü də qələbə ilə başa vurub. Belə ki, qızlar arasında yarışan Gövhər Beydullayeva qazaxıstanlı Assel Serikbay, Ləman Hacıyeva isə Qazaxıstanın digər idmançısı Liya Kurmangaliyeva üzərində qələbə qazanıblar. Oğlanlar arasında Abdulla Qədimbəyli Monqolustan şahmatçısı Dambasuren Batsuren, Məhəmməd Muradlı isə italiyalı Gabriele Lumaçi məğlub edib.

Ötən turların nəticəsinə görə, 7 xal toplayan G.Beydullayeva liderliyini davam etdirir. A.Qədimbəyli, L.Hacıyeva 6, M.Muradlı 5 xala malikdir.

Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.

Xəbər 199 dəfə oxundu.