Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış kuboku yarışına qələbə ilə başlayıb
Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış kuboku yarışında mübarizəyə başlayıb.

Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varazdin" kollektivi ilə üz-üzə gəlib.

Azərbaycan Voleybol Mərkəzində keçirilən qarşılaşma “Murov”un 3:0 (25:19, 25:18, 25:20) hesablı qələbəsi ilə başa çatıb. Görüşdə Xorvatiya təmsilçisi nominal meydan sahibi olub.

Cavab görüşü oktyabrın 20-də baş tutacaq.

Xəbər 218 dəfə oxundu.