Karateçilərimiz Çexiyada uğurla çıxış ediblər
Çexiyanın Karlovı Varı şəhərində keçirilən 29-cu şotokan karate üzrə dünya çempionatında Azərbaycan Dünya Müasir Döyüş Növləri Federasiyasının karateçiləri uğurla çıxış ediblər.

Federasiya rəhbəri Arif Məmmədovun rəhbərliyi ilə karateçilərimiz fərdi yarışlarda 9 qızıl, 6 gümüş, 20 bürünc medal, komanda döyüşlərində böyüklər gümüş, yeniyetmələr qızıl medal və dünya çempionatının kubokunu əldə ediblər.

Azərbaycan karateçiləri ümumi medal sıralamasında 29 ölkənin karateçiləri arasında üçüncü yeri tutublar.

Xəbər 238 dəfə oxundu.