Azərbaycan şahmatçıları Qran-Pri turnirində uğurlu çıxışlarını davam etdirirlər
Rumıniyada şahmat üzrə Qran-Pri turnirində Azərbaycan şahmatçıları uğurlu çıxışlarını davam etdirirlər.

Təmsilçimiz Misrətdin İsgəndərov dörd turun nəticəsinə görə birinci pillədə qərarlaşıb. Turnirdə mübarizə aparan digər şahmatçımız Ülvi Sadıqov isə üç xalla 5-ci pillədədir.

Bu gün təmsilçilərimiz yarışın beşinci turunda mübarizə aparacaqlar.

Qeyd edək ki, doqquz turdan ibarət olacaq yarış oktyabrın 23-dək davam edəcək.

Xəbər 207 dəfə oxundu.