Dünya çempionatı: Şahmatçılarımız səkkizinci turda mübarizə aparacaqlar
İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı davam edir.

Oktyabrın 19-da şahmatçılarımız səkkizinci turda mübarizə aparacaqlar. Təmsilçilərimizdən qızlar arasında yarışan Gövhər Beydullayeva qazaxıstanlı Assel Serikbay, Ləman Hacıyeva isə Qazaxıstanın digər idmançısı Liya Kurmangaliyeva ilə görüşəcək. Oğlanlar arasında isə Abdulla Qədimbəyli Monqolustan şahmatçısı Dambasuren Batsuren, Məhəmməd Muradlı isə italiyalı Gabriele Lumaçi ilə qarşılaşacaq.

Ötən turların nəticəsinə görə, 6 xal toplayan G.Beydullayeva liderliyini davam etdirir. Aktivlərində 5 xal olan A.Qədimbəyli 9-cu, L.Hacıyeva 10-cu, M.Muradlı 4 xalla 50-ci pillədədir.

Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.

Xəbər 191 dəfə oxundu.