Yeniyetmə və gənclər arasında kyokuşinkaykan karate üzrə Bakı şəhər birinciliyi keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə kyokuşinkaykan karate üzrə yeniyetmə və gənclər arasında Bakı şəhər birinciliyi keçirilib.

Hövsan Olimpiya İdman Kompleksində təşkil olunan yarışda müxtəlif klub və cəmiyyətləri təmsil edən 253 idmançı mübarizə aparıb.

Nəticələrə əsasən müxtəlif yaş və çəki dərəcələri üzrə Aytəkin Quliyeva, Emin Məmmədli, Rəvan Savalanov, Mirnadir Ağalızadə, Əbülfəz Allahverdizadə, Məhəmməd Məmmədov, Zəhra Kərimova, İlahə Əkbərova, Amin Gülmalıyev, Abbas Abbaslı, Səid Rəhimli, Məhəmməd Əlizadə, Əli Əliyev, Rəvan Fətullayev, Ayxan İbrahimli, Vasif Rəhimov birinci yerlərə layiq görülüblər.

İlk üçlüyü tutan idmançılar kubok, müvafiq dərəcəli diplomlar və medallarla təltif olunublar.

Xəbər 237 dəfə oxundu.