Basketbol üzrə Bakı şəhər birinciliyi keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) ilə Azərbaycan Basketbol Federasiyasının (ABF) təşkilatçılığı ilə 2010-2011-ci təvəllüdlü oğlanlar və qızlar arasında 3x3 basketbol üzrə Bakı şəhər birinciliyi keçirilib.

Azərbaycan Texniki Universitetinin idman zalında gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə oğlanlar və qızlar arasında müvafiq olaraq “Qaradağ – 1” və “Edukon” komandaları fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qalib komandalara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallar təqdim edilib.

Xəbər 251 dəfə oxundu.