Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Portuqaliya ilə oyunlara hazırlaşır
Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandasını gərgin oyunlar gözləyir.

Həndbolçularımız 2023-cü il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində iştirak edəcək.

Demək olar ki, bütün diqqət həmin yarışa hazırlıq üzərində cəmləşib.

Çingiz Əzimovun rəhbərliyi ilə fəal sürətdə həyata keçirilən məşqlər əsasən taktiki-texniki istiqamətdə aparılır.

Xatırladaq ki, püşkatmanın nəticəsinə görə millimiz ilkin mərhələdə Portuqaliya komandası ilə qarşılaşacaq. Hər iki oyun rəqib meydanında keçiriləcək.

Görüşlər noyabrın 3-ü və 5-də Paredes şəhərinin “Multiusos de Paredes” arenasında təşkil olunacaq.

Xəbər 260 dəfə oxundu.