Kişi voleybolçulardan ibarət "Murov" klubu bu gün Çağırış kuboku yarışında mübarizəyə başlayacaq
Kişi voleybolçulardan ibarət "Murov" klubu bu gün Çağırış kuboku yarışında mübarizəyə başlayacaq.

Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varazdin" kollektivi ilə üz-üzə gələcək.

Azərbaycan Voleybol Mərkəzində keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq. Görüşdə Xorvatiya təmsilçisi nominal meydan sahibi olacaq.

Cavab görüşü oktyabrın 20-də baş tutacaq.

Xəbər 208 dəfə oxundu.