Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Aimchess Rapid” turnirinin yarımfinal mərhələsinə adlayıb
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirinin yarımfinal mərhələsinə yüksəlib.

Qrosmeyster dörddəbir final mərhələsində Özbəkistan təmsilçisi Nodirbek Abdusattorovla üz-üzə gəlib. Rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən Ş.Məmmədyarov yarımfinala adlayıb.

O, finala gedən yolda Dommaraju Qukeş (Hindistan) - Riçard Rapport (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Digər yarımfinal görüşü isə norveçli dünya çempionu Maqnus Karlsenlə polşalı Yan Kşiştof-Duda arasında olacaq.

Xəbər 211 dəfə oxundu.