Qazaxda 18 yaşadək yeniyetmələr arasında cüdo üzrə region birinciliyi keçirilib
Qazax şəhərində yeniyetmələr (U-18) arasında cüdo üzrə region birinciliyi keçirilib.

Qazax Olimpiya İdman Kompleksində baş tutan yarışda oğlanlar arasında 9, qızlar arasında isə 2 çəki dərəcəsində qaliblər müəyyənləşib. Qızlar arasında Gülnaz Musayeva (48 kq) və Zeynəb Şərbətova (52 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Oğlanlar arasında isə Rəsul Tağıyev (46 kq), Sadiq Qurbanov (50 kq), Fərid Qarayev (55 kq), Sadiq İskəndərli (60 kq), Tunar Abdullayev (66 kq), Məhəmməd Zülfüqarov (73 kq), Aydın Axundov (81 kq), Mahir Məmmədov (90 kq) və Elcan Ələsgərov (+90 kq) yarışda birinci yeri tutublar.

Birincilikdə Qərb regionunu təmsil edən 10 komandanın heyətində 122 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Xəbər 218 dəfə oxundu.