Paris-2024 Olimpiya Oyunlarına 50 min könüllü cəlb olunacaq
Paris-2024 Olimpiya Oyunlarına 50 min könüllü cəlb olunacaq. Azərbaycanlı gənclər də namizədliklərini irəli sürə bilərlər.

Paris-2024 Olimpiya Təşkilat Komitəsi (Cojo) Olimpiya və Paralimpiya Oyunları üçün 45 min könüllünün işə götürüləcəyini bildirib. Paris şəhəri üçün isə 5 min könüllü axtarılır. Ümumilikdə, 2024-cü il üçün 50 min könüllüyə ehtiyac olduğundan danışılır. Könüllülərin Olimpiya və Paralimpiya Oyunlarının səfirləri, ilk simaları, gömrük, hava limanı və müxtəlif yarış meydanlarında olacağı qeyd edilib.

Könüllülər Fransadan, eləcə də dünyanın bütün ölkələrindən ola bilər. 2023-cü il mart ayından könüllülər olayın formada namizədliklərini irəli sürə bilərlər. Namizədlərdən fransız və ingilis dilini bilmək və 18 yaşdan yuxarı olmaq tələb olunur. Ancaq bəzi yetkinlik yaşına çatmayanlar da (16 yaş) namizədliklərini verə bilərlər. Könüllülərdən xüsusi bacarıq tələb olunmur, seçim zamanı onların motivasiyası, istəyi və dinamizmi əsas rol oynayacaq.

45 min könüllünün üçdə ikisi Olimpiya, üçdən biri isə Paralimpiya oyunlarına cəlb olunacaqlar. Oyunlar çərçivəsində Paris şəhərində təşkil olunacaq əyləncə proqramları üçün də əlavə 5 min könüllü axtarılır. Bu könüllülər qəbul, animasiya, logistika işlərinə yardımçı olacaqlar.

Xəbər 205 dəfə oxundu.