Sumqayıtda üzgüçülük üzrə şəhər birinciliyinə yekun vurulub
Sumqayıt Olimpiya İdman Kompleksində Bakı və Sumqayıt Şəhər Gənclər və İdman Baş idarələrinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş 2009-2010-cu, 2011-2012-ci və 2013-2014-cü il təvəllüdlü oğlan və qızlar arasında şəhər birinciliyi keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsinin qeyd edilməsi, uşaq və yeniyetmələr arasında vətənpərvərlik ruhunun aşılanması, eyni zamanda Bakı və Sumqayıt idmançıları arasında dostluq əlaqələrinin yaradılmasıdır.

Gərgin idman mübarizəsi şəraitində davam edən turnirdə Bakı və Sumqayıt şəhərinin 60-dan artıq idmançısı qalib adı uğrunda mübarizə aparmışlar.

Sumqayıt birinciliyinin qalib və mükafatçılarına fəxri fərman, medal və hədiyyələr təqdim olunub.

Xəbər 294 dəfə oxundu.