Ağır atletika üzrə Avropa birinciliyi: Daha bir idmançımız mübarizəyə qoşulur
Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-dək olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Bu gün daha bir idmançımız mübarizəyə qoşulur. “Göyəzən” idman klubunun təmsilçisi Ravin Alməmmədov körpücük üzərinə çıxacaq.

Ötən gün Azərbaycan yığma komandasının üzvü Tehran Məmmədov (61 kq) yaşı 20-dək olan idmançılar arasında 3 medal qazanıb.

Yarışa oktyabrın 25-də yekun vurulacaq.

Xəbər 328 dəfə oxundu.