Qran-Pri turniri: Şahmatçımız məğlubiyyətsiz irəliləyir
Rumıniyada şahmat üzrə Qran-Pri turniri davam edir.

Turnirin üçüncü turunda şahmatçılarımızdan Ülvi Sadıqov rumıniyalı Mihaela Sandunu məğlub edib, Misrətdin İsgəndərov isə litvalı Titas Stremavicius ilə heç-heçə edib.

Ötən üç turun nəticəsinə görə, məğlubiyyətsiz irəliləyən M.İsgəndərov 2,5 xalla turnir cədvəlinin 4-cü, Ü.Sadıqov isə 2 xalla 9-cu pillələrində qərarlaşıblar.

Bu gün təmsilçilərimiz yarışın dördüncü turunda mübarizə aparacaqlar.

Qeyd edək ki, doqquz turdan ibarət olacaq yarış oktyabrın 23-dək davam edəcək.

Xəbər 253 dəfə oxundu.