Daha iki yunan-Roma güləşçimiz U-23 dünya çempionatında mübarizəyə başlayır
Azərbaycanın daha iki yunan-Roma güləşçisi bu gün İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayacaq.

60 kiloqram çəki dərəcəsində çıxış edən Nihat Məmmədli təsnifat mərhələsində Oljas Sultanla (Qazaxıstan) üz-üzə gələcək. Qurban Qurbanov (72 kq) isə Yanis Nifrinin (Fransa) müqavimətini qırmağa çalışacaq.

Bu gün, həmçinin Nihad Quluzadə (55 kq) final görüşünə çıxacaq. O, qızıl medal uğrunda Poya Marzla (İran) qarşılaşacaq. Ziya Babaşov (63 kq) üçüncü yer uğrunda görüşdə Ahmed Bağduda (Misir) - Ryuto İkeda (Yaponiya) cütünün, Sərxan Məmmədov (130 kq) isə Əliəkbər Yusufiəhmədçali (İran) - Marin Nişimura (Yaponiya) duelinin güclüsü isə güləşəcək.

Xəbər 284 dəfə oxundu.