“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov dörddəbir finalda Nodirbek Abdusattorovla görüşəcək
Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" onlayn şahmat seriyasının dörddəbir finalında çıxış edəcək.

Turnirin qrup oyunlarında üçüncü yeri tutan şahmatçımız bu mərhələdə Özbəkistan yığmasının heyətində blits üzrə dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Nodirbek Abdusattorovla qarşılaşacaq.

Digər görüşlərdə isə polşalı şahmatçı Yan-Kşıştof Duda Vidit Santoş (Hindistan), Hindistanın digər təmsilçisi Qukeş Riçard Rapport (Macarıstan), onun həmyerlisi Arcun Eriqaisi hazırkı dünya çempionu Maqnus Karlsenlə (Norveç) üz-üzə gələcəklər.

Qeyd edək ki, ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutmuş şahmatçı pley-offda mübarizə aparacaq.

Xəbər 301 dəfə oxundu.