Sabah Azərbaycan Basketbol Liqasında ikinci tur start götürəcək
Oktyabrın 19-da “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasında ikinci tura start veriləcək.

Saat 18:30-da - turun açılış oyununda iki region komandası “Zirvə Astara” və “Gəncə” üz-üzə gələcəklər.

Oyun “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Saat 21:00-da isə “Sərhədçi” və “Neftçi” basketbolçuları turun ikinci görüşündə öz münasibətlərini aydınlaşdırmağa çalışacaqlar.

Görüş federasiyanın rəsmi yutub hesabından canlı şərh olunaraq basketbol azarkeşlərinə təqdim olunacaq.

Xəbər 229 dəfə oxundu.