Azərbaycan güləşçisi Nihad Quluzadə U-23 dünya çempionatının finalına yüksəlib
Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatının finalında mübarizə aparacaq.

çempionatda 55 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz qızıl medal uğrunda görüşdə iranlı Poya Marzla qarşılaşacaq.

Millimizin digər üzvü Ziya Babaşov (63 kq) yarımfinalda iranlı İman Hussein Xan Məhəmmədiyə 1:5 hesabı ilə uduzub. O, üçüncü yer uğrunda görüşdə Ahmed Bağduda (Misir) - Ryuto İkeda (Yaponiya) cütünün qalibi ilə görüşəcək.

Güləşçimiz Sərxan Məmmədov (130 kq) yarımfinalda ukraynalı Mixail Vişnivetski ilə dueldən məğlub ayrılıb - 3:6. Azərbaycan təmsilçisi üçüncü yer uğrunda görüşdə Əliəkbər Yusufiəhmədçali (İran) – Marin Nişimura (Yaponiya) görüşünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, medal qarşılaşmaları bu gün keçiriləcək.

Xəbər 232 dəfə oxundu.