Qadın həndbolçulardan ibarət Azərbaycanın yığma komandasını gərgin oyunlar gözləyir
Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandasını gərgin oyunlar gözləyir.

Yığma komanda 2023-cü il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində iştirak edəcək. Demək olar ki, bütün diqqət sözügedən yarışa hazırlıq üzərində cəmləşib. Çingiz Əzimovun rəhbərliyi ilə fəal sürətdə həyata keçirilən məşqlər əsasən taktiki-texniki istiqamətdə aparılır.

Xatırladaq ki, püşkatmanın nəticəsinə görə millimiz ilkin mərhələdə Portuqaliya komandası ilə qarşılaşacaq. Hər iki oyun rəqib meydanında keçiriləcək. Görüşlər noyabrın 3-ü və 5-də Paredes şəhərinin “Multiusos de Paredes” arenasında təşkil olunacaq.

Xəbər 257 dəfə oxundu.