"Real Madrid"in qapıçısı "Lev Yaşin" mükafatının sahibi olub
Cari ilin ən yaxşı qapıçısı müəyyənləşib.

“France Football”un təsis etdiyi Lev Yaşin mükafatının qalibi bəlli olub.

“Qızıl top”un Parisdəki təltifetmə mərasimi çərçivəsində ən yaxşı qapıçı adına “Real”ın və Belçika millisinin qolkiperi Tibo Kurtua layiq görülüb.

Digər namizədlər Alisson Bekker (Braziliya, “Liverpul”), Yassin Bunu (Mərakeş, “Sevilya”), Ederson (Braziliya, “Mançester Siti”), Uqo Lyoris (Fransa, “Tottenhem”), Mayk Mayqnan (Fransa, “Milan”), Eduar Mendi (Seneqal, “Çelsi”), Manuel Noyer (Almaniya, “Bavariya”), Yan Oblak (Sloveniya, “Atletiko”), Kevin Trapp (Almaniya, “Ayntraxt”) olub.

Xəbər 262 dəfə oxundu.