"Gerd Müller" mükafatının sahibi bəlli olub
2022-ci ilin ən yaxşı hücumçusu bəlli olub.

“France Football”un təsis etdiyi “Gerd Müller” mükafatının qalibi açıqlanıb.

“Qızıl top”un Parisdəki təltifetmə mərasimi çərçivəsində ən yaxşı hücumçu adına "Barselona"nın polşalı hücumçusu Robert Levandovski yiyələnib. Onun cari ildə vurduğu ən gözəl qollar təqdim edilib.

Xəbər 200 dəfə oxundu.