“Mingəçevir Reqatası”na qatılacaq ölkələr məlum olub
Avarçəkmə üzrə “Mingəçevir Reqatası”nda çıxış edəcək ölkələr açıqlanıb.

Yarışda Azərbaycanla yanaşı, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Özbəkistan və Ukrayna komandaları da mübarizə aparacaq.

Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilən reqatanın birinci günü Suqovuşanda keçiriləcək.

İdmançılar oktyabrın 21-i Suqovuşanda, 22-si və 23-cü isə Mingəçevirdə Kür çayında kürək çəkəcəklər.

Xəbər 321 dəfə oxundu.