Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib
Azərbaycanın üç yunan-Roma güləşçisi İspaniyanın Pontevedra şəhərində start götürən U-23 dünya çempionatında yarımfinala yüksəlib.

55 kiloqram çəki dərəcəsində çıxış edən Nihad Quluzadə dörddəbir finalda Giorgi Toxadzeyə (Gürcüstan) qalib gələrək adını növbəti mərhələyə yazdırıb. O, finala gedən yolda Ken Matsui (Yaponiya) ilə qarşılaşacaq.

Ziya Babaşov (63 kq) səkkizdəbir finalda Endi Xuan Suçu (İspaniya), ardınca isə Mustafa Safa Yıldırımı (Türkiyə) üstələyib. Onun yarımfinaldakı rəqibi İman Hussein Xan Məhəmmədi (İran) olacaq.

130 kiloqramdakı Sərxan Məmmədov ardıcıl olaraq, Damir Zuparov (Qazaxıstan) və Kolton Maykl Şultsu (ABŞ) məğlub edib. O, finala vəsiqə uğrunda Mixail Vişnivetski (Ukrayna) ilə üz-üzə gələcək.

Laçın Vəliyev (87 kq) isə startda Andreas Vaelisi (Estoniya) məğlub etsə də, dörddəbir finalda Şimon Şimonoviçlə (Polşa) bacarmayıb.

Xəbər 312 dəfə oxundu.