«Baku Open» start götürdü
Respublika paytaxtında ənənəvi beynəlxalq «Baku Open» şahmat turniri start götürüb. Mübarizəyə «A» qrupunda 64, «B» qrupunda 145, «C» qrupunda 97 iştirakçı qatılıb. Turnir iştirakçıları Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Hindistan, Belarus, Özbəkistan və Norveçi təmsil edirlər.

Yarışın 2 turu geridə qalıb. Ən güclülərin «A» qrupunda Azərbaycan şahmatçıları Eltac Səfərli, Qədir Hüseynov və Vasif Durarbəyli, eləcə də rusiyalı Yevgeni Alekseyev, türkiyəli Barış Esen və iranlı Ehsan Qaem Məqami maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edirlər.

«B» qrupunda 2 xallı 23 liderdən 22-si Azərbaycandan, 1-i İrandandır. «C» qrupunda 2 xallı 13 şahmatçının hamısı yerli şahmatçılardır. Turnir oktyabrın 1-dək davam edəcək.

Xəbər 1256 dəfə oxundu.