Emin Mahmudov Azərbaycan Premyer Liqasında 25-ci qolunu vurub
Azərbaycan Premyer Liqasının X turunun “Kəpəz”lə oyunu “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.

Bakı təmsilçisinin 2:0 hesablı qələbə qazanan kapitanı səfər matçında hesabı açmaqla ikiqat yubileyi rəsmiləşdirib.

Yarımmüdafiəçi “Neftçi”nin heyətində Premyer Liqada 25-ci qolunu vurub. O, 127-ci matçında buna nail olub.

Bu top futbolçunun “Neftçi”də ümumilikdə 35-ci qolu olub. O, ölkə kuboku yarışında 2, avrokuboklarda 8 dəfə fərqlənib. E.Mahmudov 160-cı görüşündə 35-ci dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, yarımmüdafiəçi ilk qolunu 2017-ci il noyabrın 19-da “Qəbələ” ilə evdəki çempionat oyununda (2:3) vurub.

Xəbər 232 dəfə oxundu.