UEFA Azərbaycan çempionu ilə bağlı paylaşım edib
UEFA Avropa Liqasının rəsmi tviter səhifəsi növbəti dəfə Azərbaycan çempionu “Qarabağ”la bağlı paylaşım edib.

Avropa futbol qurumu Ağdam təmsilçisinin Azərbaycan Premyer Liqasındakı 9 oyunun hamısında qələbə qazandığını xatırladıb.

Qeyd edək ki, Ağdam təmsilçisi onuncu turda “Sumqayıt”a 3:1 hesabı ilə qalib gəlib. Ölkə çempionunun üçüncü turda “Turan Tovuz”la görüşü noyabrın 9-na təxirə salınıb.

Xəbər 221 dəfə oxundu.