“Qızıl top” mükafatının yeni qalibinin Kərim Benzema olacağı bildirilir
2022-ci il “Qızıl top” tarixində kiçik bir inqilab edilib.

Bu mükafatın təşkilatçısı olan “France Football” mübahisələrə yol verməmək üçün “Qızıl top”un verilməsi meyarlarını sadələşdirib.

“Qızıl top” mükafatının verilməsi üçün iddiaçıların bütün karyerası artıq nəzərə alınmır. İndi qərar vermək üçün yalnız fərdi və kollektiv çıxışlardan, həmçinin “oyunçu sinfi və onun ədalətli oyun hissəsi”ndən istifadə olunur. Mükafatın verilməsi təqvimi də artıq dəyişdirilib.

Bu gün axşam təqdim olunacaq 66-cı “Qızıl top” mükafatçısının Kərim Benzema olduğu bildirilir. Onun bütün matçlarda yüksək səviyyəli müstəsna ardıcıllıq nümayiş etdirdiyi xüsusi qeyd edilir.

Bildirilir ki, “Qızıl top” umun “oyunçu karyerası” meyarı 10 ildən artıqdır Lionel Messi və Kriştiano Ronaldo arasında inhisarlaşmasının qarşısını almaq məqsədi daşıyır. Beləliklə, yeni qaliblərlə yeni bir dövr başlayacaq.

Xəbər 327 dəfə oxundu.