Azərbaycanın U-18 komandasının Gürcüstan yığması ilə oyunlar üçün heyəti açıqlanıb
Oktyabrın 18-də və 21-də Gürcüstanda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Bakıda təlim-məşq toplanışındadır.

Bakıdakı hazırlıq prosesindən sonra millimizin Gürcüstan yığması ilə keçirəcəyi oyunlar üçün yekun heyəti müəyyənləşib.

Heyətdə Xəyal Fərzullayev, Vaqif Malik Yeganov, Murad Musayev, Samir Ağayev, Aslan Şirinov, Həmzəalı Mikayılov, Nihad Əliyev, Hacıəli Şirəliyev, Ravil Qafarov, Eşqin Əhmədov, Murad Ələkbərov, Lətif Rzayev, Fəxri Məmmədli, Şahin Şahniyarov, Edqar Ədilxanov, Rüfət Bədəlzadə, Sənan Ağalarov, Arif İsrafilbəyov, Tuncay Cəfərli, Elmir Hüseynli, Sadiq Şəfiyev və Cavid Məmmədli yer alıblar.

Xəbər 231 dəfə oxundu.