UEFA Çempionlar Liqası: “Araz-Naxçıvan”ın yer aldığı qrupun oyunlarına hakim təyinatları açıqlanıb
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” futzal klubunun yer aldığı beşinci qrupun oyunlarına hakim təyinatları açıqlanıb.

Oyunları Çaix Viktor (Fransa), Jan Kresta (Çexiya), Lukas Peska (Slovakiya) və David Abtequya Urdanoz (İspaniya) idarə edəcəklər.

Matçların hakim-inspektoru Boqdan Soresku (Rumıniya), UEFA nümayəndəsi isə ispaniyalı Viktor Beceyro olacaqlar.

Bu qrupun oyunları oktyabrın 26-dan 29-dək Bosniya və Herseqovinanın Mostar şəhərindəki Mithad Hujdur Hujka Arenada keçiriləcək. Yalnız qrup qalibi elit-raunda yüksələcək.

Oktyabrın 26-da “Araz-Naxçıvan” İsveçin “Orebro”, ertəsi gün “Loznika Qrad” (Serbiya), ayın 29-da isə “Mostar” (Bosniya və Herseqovina) ilə qarşılaşacaq.

Xəbər 278 dəfə oxundu.